Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2023 15:20
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa və müğənni həyat yoldaşı Aysel İbrahimovanın geyimi başına bəla olub.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, dəri rəngində dar şalvar və üzərinə isə uzun yağmurluq geyinən Aysel güzgü qarşısına keçərək "look"unu sosial şəbəkə hesabında nümayiş etdirib.
Bundan sonra isə sosial şəbəkə əhli İbrahimovanın geyindiyi şalvarı qısa ətək sanıblar və geyim tərzinə çox sayda tənqid dolu fikirlər səsləndiriblər.
Aysel ünvanına gələn neqativ şərhlərə belə cavab verib:
"Qızlar bir neçə fikirlərinizə aydınlıq gətirim. Bu, "krem" rəngində olan gördüyünüz şalvardır.
Mən hələ həyatımda bu qədər qısa ətək geyinməmişəm. Yəni ağlınıza da bunu gətirməyin".