Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2023 19:26
Argentina millisinin dünya çempionluğundan 3 ay vaxt keçməsinə baxmayaraq, "albiseleste" qazandığı titulu bu günlərdə qeyd edib.
Sonxeber.net xəbər verir ki, cənubi amerikalılar əvvəlcə Panama ilə oyunda azarkeşlərlə birlikdə bu uğuru qeyd ediblər. Ardınca isə komanda üçün parti təşkil edilib.
Mərasim gecə klublarından birində baş tutub. Tədbirə Lionel Messi başda olmaqla çempion olan bütün heyət qatılıb. Onların bir çoxu içki içib və səhərə qədər rəqs ediblər. Gecənin ən aktiv futbolçusu isə Xulian Alvares olub.
Futbolçular rejimlərini pozsalar da, azarkeşlərin tənqid hədəfinə çevrilməyiblər. Ancaq klubların bu partiyə reaksiyasının necə olacağı maraq doğurur.
Qeyd edək ki, Argentina millisi ötən il Qətərdə keçirilən mundialın finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, pen-4:2) dünya çempionu olub. (publika)