Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO)

Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO)

Tarix: 18 Oktyabr 2019 17:16

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Elmlər Akademiyasının (BEA) 150 illik yubileyi ilə əlaqədar keçirilən mərasimdə iştirak etmək məqsədilə Bolqarıstana səfər edib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Bolqarıstan Respublikasının (BR) vitse-prezidenti İliyana Yotova, BR Energetika naziri Temenujka Petkova, BEA-nın Milli Təbiət Tarixi Muzeyinin direktoru Nikolay Spasov ilə görüşlər keçirmiş, Bolqarıstan Elmlər Akademiyasının yaradılmasının 150 illik yubileyi ilə əlaqədar rəsmi mərasimdə iştirak etmişdir.

BR vitse-prezidenti İ.Yotova ilə keçirilmiş görüşdə vitse-prezident AMEA ilə BEA arasında əlaqələrə toxunaraq iki akademiya arasında əməkdaşlıq haqqında sazişin imzalanmasını xatırlamış və bu əməkdaşlığın uğurla davam etdiyini qeyd etmişdir. Vitse-prezident akademiyalar arasında müxtəlif sahələr üzrə birgə layihələrin həyata keçirilməsinin bu əməkdaşlığın ümidverici olduğunun göstəricisi kimi qiymətləndirmişdir. Akademik A.Əlizadə vitse-prezidentin 2017-ci il may ayında Azərbaycana səfəri çərçivəsində onunla görüşünü xatırlamışdır. Azərbaycan və Bolqarıstan akademiyaları arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirmiş, iki akademiya arasında həyata keçirilən layihələrin hər iki ölkənin elm sahəsinin inkişafına təkan verdiyini qeyd etmişdir. A.Əlizadə həmçinin rəhbərlik etdiyi akademiya barədə məlumat verərək AMEA-nın Yüksək Texnologiyalar Parkının yaradılması barədə danışmış, burada istehsal olunan dronlar, onların elmi məqsədlər üçün müxtəlif sahələrdə istifadəsindən söz açmışdır. Həmçinin ölkəmizdə arxeologiya sahəsində aparılan işlər barədə danışan A.Əlizadə Bolqarıstanın da qədim tarixə malik olduğuna diqqət çəkərək bu sahədə əməkdaşlıq edilə biləcəyini əlavə etmişdir. O, informasiya texnologiyaları sahəsində görülən işlərdən danışmış və bu sahədə bolqar alimlərlə işləyə biləcəklərini qeyd etmişdir.

BR Energetika naziri T.Petkova ilə görüşdə nazir ölkələrimizin təkcə strateji tərəfdaş deyil, eyni zamanda dost olduğunu bildirmiş, Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyasının Bolqarıstan tərəfindən həmsədri olmasından məmnunluğunu bildirmişdir. O, ötən günün Bolqarıstanın energetika sahəsi üçün əlamətdar olduğunu söyləmişdir. Belə ki, 10 oktyabr tarixində Yunanıstan-Bolqarıstan qaz birləşdirici kəmərinin tikintisi layihəsi üçün vergi rejiminin yaradılması haqqında Hökumətlərarası Saziş imzalanmışdır. Nazir bu layihənin təkcə Bolqarıstan üçün deyil, bütünlükdə Cənub-Şərqi Avropa regionu üçün əhəmiyyətindən bəhs etmişdir. Öz növbəsində akademik A.Əlizadə bu əlamətdar gün münasibətilə qarşı tərəfə təbriklərini çatdırmışdır. A.Əlizadə ölkəmizdə həyata keçirilən neft strategiyası ilə yanaşı, qeyri-neft sektorunun inkişafından bəhs etmiş, daha sonra hər iki ölkənin akademiyaları arasında mövcud sıx münasibətlərə toxunmuşdur. Nazir T.Petkova Müştərək Komissiyasının Bolqarıstan tərəfindən həmsədri qismində iki akademiya arasında qardaşlaşma əlaqələrinin qurulması təklifi ilə çıxış edəcəyini vəd etmişdir.

Sonda A.Əlizadə tərəfindən nazir T.Petkovaya “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı təqdim edilmişdir.

BEA-nın Milli Təbiət Tarixi Muzeyinin direktoru N.Spasov ilə görüşdə N.Spassovun rəhbərliyi ilə bolqar alimlərdən ibarət nümayəndə heyətinin Azərbaycana ekspedisiya səfərlərindən bəhs edilmişdir. N.Spassov ekspedisiya səfərlərinin təşkilində göstərdikləri dəstəyə görə AMEA-ya təşəkkürünü ifadə etmiş və ekspedisiya səfərinin yekunlarına dair Muzeydə Azərbaycanın Bolqarıstandakı Səfirliyi ilə birgə təşkil olunan “Azərbaycana ekspedisiya – Qafqaz bəbirinin izlərilə” adlı foto sərgi barədə danışmışdır. Sonda A.Əlizadə tərəfindən Muzeyə “Dünyanın Palçıq Vulkanlarının Atlası” hədiyyə edilmişdir.

Bolqarıstan Elmlər Akademiyasının yaradılmasının 150 illik yubileyi ilə əlaqədar rəsmi mərasimdə iştirak edən akademik A.Əlizadə BEA rəhbərliyini bu əlamətdar yubiley münasibətilə təbrik etmiş və Kiçik Qafqazda, Daşkəsən rayonu ərazisində tapılan qranat mineral daşını hədiyyə olaraq BEA-nın Milli Təbiət Tarixi Muzeyinə hədiyyə etmişdir.

Səfər çərçivəsində AMEA-nın prezidenti A.Əlizadə Bolqarıstanın Milli Televiziyasına müsahibə vermişdir. Müsahibədə akademik izləyicilərə hər iki ölkənin akademiyaları arasında əməkdaşlıq, həyata keçirilən birgə layihələr, Azərbaycanda elmin inkişafında AMEA-nın rolu barədə ətraflı məlumat vermişdir.

AMEA-nın prezidenti A.Əlizadənin Bolqarıstana səfəri bu ölkənin KİV-lərində işıqlandırılmışdır.

Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO) Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO) Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO) Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO) Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO) Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO) Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO) Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO) Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO) Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO) Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO) Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO) Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO) Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO) Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO) Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO) Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO) Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO) Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO) Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub (FOTO)


Etiketlər:  Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ