Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qan qrupu olan insanlar daha çox yaşayır - AÇIQLAMA

Bu qan qrupu olan insanlar daha çox yaşayır - AÇIQLAMA

Tarix: 28 Mart 2023 22:06

Həkimlərin əksəriyyəti bir insanın sağlamlığının birbaşa qan qrupundan asılı olduğuna inanır.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, kardioloq Vladimir Pidxomutnikovun araşdırmasına görə, qan qrupu ömür uzunluğuna təsir edə bilər. Antitellərin, eritrositlərin və antigenlərin dəstləri, hər bir qan qrupunun xüsusiyyətləri, uzunömürlülük şansını müəyyən edir.

Beləliklə, həkim birinci qan qrupunun nümayəndələrinin uzunömürlülük şansının ən çox olduğunu söyləyib. Bu, bu qan qrupu olan insanların laxtalanma qabiliyyətinin ən pis olması ilə əlaqədardır, buna görə tromboz, infarkt və emboliya ehtimalı aşağıdır. Ancaq birinci qan qrupu olan insanlar hələ də ürək-damar sistemi ilə bağlı diqqətli olmalıdırlar.

İkinci qan qrupunun sahibləri diabet, stress və soyuqdəyməyə meyllidirlər. Belə insanların xərçəngə tutulma ehtimalı yüksəkdir, həmçinin tez-tez tonzillit və otit halı olur. 

Dördüncü qan qrupunun sahibləri ürək xəstəliklərinə və ürək-damar sisteminin müxtəlif patologiyalarına meyllidirlər.

Hər halda, unutmayın ki, qan qrupu insanın uzunömürlülüyünə təsir edən müəyyənedici faktor deyil. Sağlam həyat tərzi, düzgün qidalanma, mütəmadi tibbi müayinələr də uzunömürlülük və firavanlıq üçün vacibdir.


Etiketlər:  qrupu olan insanlar daha çox yaşayır AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ