Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2023 23:15
Burun əməliyyatı günümüzün ən çox edilən estetik prosedurlardan biridir. Burnunu bəyənməyən, bunu özünə kompleks edən insanlar ilk rinoplastikaya müraciət edirlər. Ancaq son zamanlar bu əməliyyatı etdirmək istəyənlərin orta yaşı 15-ə düşüb.
Sonxeber.net Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı İstanbul Təhsil və Araşdırma Xəstəxanasının Lor həkimi Enes Yiğit müsahibə verib.
Onun sözlərinə görə, əməliyyatın yaş həddinin 15-ə endirilməsi doğru deyil.
"15-16 yaş arası yeniyetmələr daha yaxşı görünmək üçün rinoplastikaya müraciət edirlər. Amma bu doğru deyil. Bu və buna bənzər əməliyyatlar 18 yaşından əvvəl edilməməlidir. Biz kişi və qadın fərq olmadan 18 yaşı tamam olmamış şəxsləri əməliyyat etmirik. Çünki üz sümüyünün tam oturuşması ilə cizgilər tamamlanmalıdır. Həmçinin, pasiyent psixoloji yetkinliyə çatmalıdır",-deyə həkim bildirib.