Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2023 18:36
Bolqarıstanda onlarla məktəb bağlanıb və şagirdləri üç gün müddətinə evakuasiya edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb e-poçt və telefon vasitəsilə məktəblərə bomba qoyulması haqda xəbərlərin verilməsidir.
Lakin hələlik bomba aşkarlanmayıb.
Baş verənlərin motivi aydın deyil. Ehtimal olunur ki, bu, bazar günü keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin baş tutmaması üçün edilir. Məktəblər seçki məntəqəsi kimi istifadə olunur.
"İstintaqçıların əsas versiyası - bu və ya digər şəkildə Rusiya ilə bağlı olan hibrid hücumlarıdır", - ölkənin daxili işlər naziri İvan Demerdciyev deyib.
O əlavə edib ki, ölkə hakimiyyəti bu cür təhdidlərin yayılmasında günahkarların müəyyən edilməsi üçün NATO üzrə tərəfdaşlarının, xüsusən də ABŞ-nin kəşfiyyat xidmətlərindən kömək istəyib.
Bolqarıstan Prokurorluğu baş verənləri Cinayət Məcəlləsinin "respublikaya qarşı cinayət" və "terrorizm" maddələri ilə araşdırdığını bildirib.