Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəbli anasının əməlinə görə evə POLİS ÇAĞIRDI

Məktəbli anasının əməlinə görə evə POLİS ÇAĞIRDI

Tarix: 31 Mart 2023 10:46

Moskvada 12 yaşlı məktəbli evinə polis çağırıb. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, yeniyetmənin anası ona kompüter oyunları oynamağı qadağan edib və o, bu yolla ondan qisas almaq qərarına gəlib.

Mənbənin sözlərinə görə, uşaq fövqəladə hallar üzrə xidmətə zəng edərək operatora anası tərəfindən döyüldüyünü deyib. Eyni zamanda oğlan həyəcanlı səslə danışıb.

Tezliklə polis yeniyetmənin çağırdığı ünvana gəlib. Zəng edilən yerdə, Moskvanın Altufievo rayonundakı mənzildə oğlanın anası və şikayətçinin özü olub.

Şagird anası ona gecə kompüter oynamağı qadağan edəndə və oğlunun yatmasını tələb edəndə polisə müraciət etdiyini etiraf etməyə məcbur olub.


Etiketlər:  Məktəbli anasının əməlinə görə evə POLİS ÇAĞIRDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ