Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 6,7 milyon manat ayırıb

Prezident 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 6,7 milyon manat ayırıb

Tarix: 31 Mart 2023 13:54

Prezident İlham Əliyev Zaqatala rayonunun Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi (150 km)-Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir: 

On doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi (150 km)-Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.10-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,7 milyon (altı milyon yeddi yüz min) manat ayrılsın.

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Milli.Az


Etiketlər:  Prezident 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 67 milyon manat ayırıb


RƏYLƏR