Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

200 km/s sürətlə gedən avtomobil havada uçdu, idman zalına belə çırpıldı - VİDEO

200 km/s sürətlə gedən avtomobil havada uçdu, idman zalına belə çırpıldı - VİDEO

Tarix: 31 Mart 2023 20:58

Belçikada futbolçunun 200 km/saat sürətlə idarə etdiyi avtomobil idman zalın girib.

Milli.Az xəbər verir ki, cümə axşamı "Leven"in yarımmüdafiəçisi Sofyan Kiyinin avtomobili dairəvi yolda idarəetməni itirərək bir neçə metr havada uçaraq idman zalının divarına çırpılıb.

İddia olunur ki, futbolçunun "Mersedes"i saatda 90 kilometr limitin olduğu yolda 200 kilometr sürətlə gedirmiş.

Yerli idman rəsmisi Fabian Pavon bildirib ki, qəza zamanı binada uşaqlar olub, lakin onlar az əvvəl soyunub-geyinmə otaqlarına getdikləri üçün faciə yaşanmayıb.

Kiyin yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Futbolçunun çoxsaylı sınığı var, lakin onun həyatına heç bir təhlükə yoxdur. (publika)

Milli.Az


Etiketlər:  200 kms sürətlə gedən avtomobil havada uçdu idman zalına belə çırpıldı VİDEO


RƏYLƏR