Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2023 16:35
Bir neçə gün əvvəl mətbuatda Britni Spirs və Sem Əsgərinin boşanma ərəfəsində olması barədə xəbərlər yayıldı. Məsələ burasındadır ki, toydan 9 ay sonra yeni evlənənlər nikah üzüklərini çıxarıblar. Bundan əlavə, son vaxtlar müğənni sosial şəbəkələrdə əri ilə fotolarını yayımlamır, ancaq agenti və dostu Keyt Hadsonla tətil şəkillərini paylaşıb.
Sonxeber.net Oxu.az-a istinadən bildirir ki, Sem Əsgəri boşanma şayiələrinə qeyri-adi üsulla cavab verib. O, nişan üzüyünü açıq-aydın göstərən bir neçə foto yayımlayıb.
Yeri gəlmişkən onun meneceri Brandon Koen ulduzların evliliyində problem olduğunu inkar edib.
"Semin ailə problemi yoxdur. Sadəcə filmdə çəkildiyi üçün üzüyü çıxardıb", - deyə şərh verib.
Spirsin özü gəzən söz-söhbətə hələ cavab verməyib.
Qeyd edək ki, Britni Spirs və Sem Əsgəri 2022-ci ilin iyun ayında evləniblər.