Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2023 19:30
Son vaxtlar Azərbaycanda baş verən hadisələr gündəmi zəbt edib. Millət vəkili Fazil Mustafanın güllələnməsi diqqətləri təhlükəsizliklərini qoruyan məşhurların üzərinə də yönəldib. Dünyaca məşhur simaların demək olar ki, 90 faizi cangüdənsiz çöldə gəzmirlər.
Bəs, görəsən, Azərbaycanda hansı məşhurların şəxsi mühafizəçisi var?
Sonxeber.net lent.az-a istinadən bununla bağlı yazını təqdim edir.
Xalq artisti Aygün Kazımovanı illərdir mühafizə edən biri var. Cangüdəni "diva"nı konsertlərində, məkanlarda və xarici ölkələrdə onu izləyir.
Xalq artisti Röyanın da şəxsi mühafizəçisi var. Mühafizəçisi müğənninin məkanlarda və başqa yerlərdə təhlükəsizliyini təmin edir.
İş qadını Ruhi Əliyevanı da mühafizə edən bir neçə adamı var.
Xalq artisti Nazpəri Dostəliyeva da cangüdəni olan məşhurlardandır. Hətta o, açıqlamasında bu barədə "Bütün konsertlərimdə cangüdən olub. Konsertin gedişatı, pərəstişkarların özünü saxlaya bilmədiyi üçün cangüdən lazımdır", - deyə, bildirib.
Müğənni Natavan Həbibinin bir müddət əvvəl məkanların birində, səhnəyə cangüdənlə gəlməsi diqqətdən yayınmayıb.
Müğənni Rəqsanə İsmayılovanın də şəxsi cangüdəni var.
Müğənni Xatun Əliyevanın da şəxsi mühafizəçisi olması bəllidir. O, müsahibələrinin birində "Özümə düşmən qazanmışam. Cangüdənlə gəzən ilk ifaçıyam", - deyib.
Meyxanaçı Pərviz Bülbülə də cangüdənsiz çöldə gəzməyən tanınmışlardandır. O, bölgələrdə dəvət aldığı məclislərə, paytaxtdakı bəzi məkanlara mühafizəçisi ilə gedir.
Müğənni Nüşabə Ələsgərlinin şəxsi cangüdəni həm də onun həyat yoldaşıdır.
Azərbaycanlı model Günay Musayeva cangüdəni olmadan məkanlara getmir.
Digər məşhurlar kimi müğənni Üzeyir Mehdizadənin də şəxsi qoruması var.