Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Blinken Rusiyadan tələb etdi: Dərhal azad edin!

Blinken Rusiyadan tələb etdi: Dərhal azad edin!

Tarix: 2 Aprel 2023 20:12

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrova telefon zəngi edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Lavrov və Blinken "Voll Strit Jurnal"ın müxbiri Evan Qerşkoviçin saxlanmasını müzakirə ediblər.

Blinken jurnalistin dərhal azadlığa buraxılmasını Rusiya tərəfindən tələb edib.

"Lavrov Qerşkoviçlə bağlı məsələdə Rusiya hakimiyyətinin qərarlarına hörmət edilməsinin vacibliyinə yönəldib. O və ABŞ dövlət katibi ikitərəfli xarakter daşıyan bəzi aktual məsələlərə toxunublar", - deyə bildirilib.

Lavrov Blinkenə deyib ki, Vaşinqton və Qərb mediasının Qerşkoviç işinə siyasi çalar vermək niyyəti ilə ajiotaj yaratması qəbuledilməzdir, Qerşkoviçin sonrakı taleyini məhkəmə müəyyən edəcək.

Milli.Az


Etiketlər:  Blinken Rusiyadan tələb etdi Dərhal azad edin


RƏYLƏR