Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu binanın 1əsr yaşı var, 1 dəfə də yanıb, yaşamaq məsləhət görülür - VİDEO

Bu binanın 1əsr yaşı var, 1 dəfə də yanıb, yaşamaq məsləhət görülür - VİDEO

Tarix: 3 Aprel 2023 16:12

Bir əsrdən çox yaşı olan bu tikili paytaxtın Xətai rayonu, NZS qəsəbəsində yerləşir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bina bu vaxta qədər nə az nə çox 6 dəfə naməlum səbəbdən yanıb. İndi isə istismar müddətini başa vurduğu üçün, hissə-hissə uçub dağılır.

Binanın çölü ilə yanaşı, evlərin də daxili ziyan gördüyündən sakinlər mənzillərini təmir də etdirə bilmirlər.

Binada yaşayanlar deyir ki, dəfələrlə aidiyyəti quruma müraciət etsələr də bir nəticəsi olmayıb. Məsələ ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, binanın qəzalı olması ilə bağlı onlara heç bir müraciət daxil olmayıb. Yazılı müraciət əsasında binaya baxış keçirilə və sonra müvafiq qərar verilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  binanın 1əsr yaşı dəfə yanıb yaşamaq məsləhət görülür VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ