Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Yaşlı aktyorları yığıb fotosessiya etmək lazımdır”

“Yaşlı aktyorları yığıb fotosessiya etmək lazımdır”

Tarix: 3 Aprel 2023 20:05

Qrafik dizayner Rəsul Həsən yaşlı aktyor və rejissorlar üçün maraqlı təklif irəli sürüb.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, həmin sənətçilərin fərdi və qrup halında peşəkar fotosessiyasının vacibliyini vurğulayıb.

Bu haqda R. Həsən sosial şəbəkə hesabında məlumat paylaşıb.

Rəsul bildirib ki, keçən ilin dekabrında sözügedən məsələ ilə bağlı bir neçə quruma müraciət də edib: 

"Keçən ilin dekabr ayında kino ilə bağlı bir neçə quruma yazdım ki, yaşlı aktyor və rejissorları yığıb onları peşəkar fotosessiya etmək lazımdır. Həm tək-tək, həm də qrup halında. Müxtəlif bəhanələr gətirildi, ancaq düşünürəm ki, bu iş mütləq görülməlidir. Yaşlı nəsil aktyor və rejissorların sayı çox az qalıb və demək olar ki, onların professional çəkilmiş fotolarını tapmaq mümkün deyil. Bu təkcə aktyorlar üçün keçərli deyil, həm də digər incəsənət və elm sahəsi qolları üçün də olmalıdır. Fotostudiya və aidiyyatı qurumlar bunu sosial məsuliyyət kimi öz üzərinə götürməlidirlər", - deyə, o, qeyd edib.

Həmçinin Həsən sosial media hesabında hazırda yaşayan klassik aktyorlardan bir neçəsinin süni intellektlə hazırlanmış fotolarını paylaşıb.

Milli.Az


Etiketlər:  Yaşlı aktyorları yığıb fotosessiya etmək lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ