Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2023 16:30
"Mənə demişdilər ki, səndən aktyor olmaz. Bir müddət teatrlarda mənə iş vermədilər. Çox get-gələ saldılar məni. Mən üzərimdə çalışdım və sübut etdim ki, ucaboy aktyorlardan heç də geri qalmıram. Mən alçaq deyiləm, bəstəboyam. Boyuma görə problemlər yaşamışam, qapılar üzümə bağlı olub. Mübarizə aparmışam, çəkişmişəm və nəticə əldə etmişəm".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktyor Natiq Fərzəliyev deyib.
"Köhnə sənətkarlardan bir də olmayacaq. Yaşar Nurini, Həsən Turabovu, Səməndər Rzayevi kim əvəz edə bilər? Sənətin enən dövrü də olur, qalxan dövrü də. Bəlkə də nə vaxtsa yüksək səviyyədə aktyorlar da yetişəcək, amma hazırda o yoxdur. Yaxşı aktyor olmaq üçün istedaddan da önəmli şansın olmalıdır. Bu gün rejissorluqdan anlayışı olmayanlar pul tapıb film çəkir. Hətta aktyorlar da qeyri-peşəkardır.
Həmkarım, xalq artisti Naibə Allahverdiyeva bir dəfə söhbət edir ki, "getmişəm maşını yuduzdurmağa, maşını yuyan oğlan mənı deyir ki, biz həmkarıq". Deyib ki, "necə yani həmkarıq?" Oğlan Naibə xanıma serialda çəkildiyini bildirib. Ona görə seriallarımız bu gündədir də. Amma Rövşən İsax, Rüfət Şahbazovun bütün serialları maraqlı olur. Özü də çox gərgin rejimdə çalışırlar. Bir dəfə məcbur olub qeyri-peşəkar aktyor və rejissorlarla birgə filmdə çəkilmişəm. Məni sərt tənqid ediblər. Demişəm ki, ehtiyacım var, nə etməli idim?" deyə sənətkar bildirib.
Aktyor illər əvvəl keçirdiyi qəzadan da danışıb.
"İllər əvvəl qəza keçirdib, yaddaşımı itirmişdim. İki il yataq xəstəsi olmuşam. 2005-ci ildə ayaqlarım bud hissədən qırılmışdı. Həkimlər inanmırdı ki, sağalıb ayağa qalxa bilərəm. Daha sonra əsa ilə gəzməyə başladım. İki il əziyyət çəkdim" deyə sənətçi bildirib.