Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstilik mövsümünün müddəti uzadıla bilər - VİDEO

İstilik mövsümünün müddəti uzadıla bilər - VİDEO

Tarix: 4 Aprel 2023 20:36

Azərbaycanda istilik mövsümünün müddəti bir ay artırıla bilər.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu məqsədlə "Azəristiliktəchizat" ASC Energetika Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı danışıqlar aparır.

"Azəristiliktəchizat" Açıq Səhimdar Cəmiyyətin piar-meneceri Rüxsarə Babayeva deyib ki, hazırda normativ sənədlərdə dəyişikliklərin edilməsi üçün 3 dövlət qurumu ilə birlikdə araşdırmalar aparılır.

Rüxsarə Babayevanın sözlərinə görə, mövsümün müddətinin dəyişdirilməsi asan məsələ deyil. Çünki bu zaman əlavə enerji resursları,vəsait və əməkdaşlara ehtiyac yarana bilər.

Xatırladaq ki, Azərbaycanda istilik mövsümü noyabrın 15-dən aprelin 15-nə kimidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  İstilik mövsümünün müddəti uzadıla bilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ