Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2023 08:54
Böyük Britaniyadan olan anasının böyüdüb boya-başa çatdırdığı bir kişi anası dünyasını dəyişdikdən sonra ögey bacısı ilə evləndiyini müəyyən edib.
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Mirror" nəşri yazıb.
Qadın oğlanın atasının kim olduğunu hər vasitə ilə gizlədib. O, danışıb ki, anası onu təkbaşına böyüdüb və onun uşaqlığı anasının həkim olması və nənəsinin dəstəyi sayəsində yaxşı keçib.
24 yaşında o, gələcək həyat yoldaşı ilə tanış olub və onunla evlənmək qərarına gəlib.
Lakin anasının ölümündən sonra onun evində köhnə fotoalbom aşkar edib və fotoşəkillərin birində həyat yoldaşının atasını, öz qayınatasını tanıyıb.
"Şok və heyrət içində mən həyat yoldaşıma yaxınlaşıb dedim ki, biz bu barədə onun atası ilə danışmalıyıq.
Biz onun yanına getdik, o, bizə kollecdə bir qızla tanış olduğunu, sonradan onun hamilə qaldığını, buna tab gətirməyərək şəhərin başqa hissəsində yoxa çıxdığını danışıb", - kişi deyib.
Yaxın qohumluq əlaqəsi olduğunu biləndən sonra cütlük uşaq planlaşdırmağı təxirə salmaq qərarına gəlib.
Bununla yanaşı, onlar boşanmaq fikrində deyil, çünki bir-birilərini hələ də sevirlər.