Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2023 11:56
"Yeni stansiyanın inşaası ilə bağlı İşlər öz axarı ilə gedir. Dördüncü səviyyədə işlər davam edir. Tunellərdə də infrastrukturun qurulması ilə bağlı işlər aparılır".
Sonxeber.net xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Qurum rəsmisi əlavə edib ki, şərti adı "B-4" olan stansiyanın 2024-cü ilin sonu 2025-ci ilin ilk yarısında təhvil verilməsi planlaşdırılıb:
"Əgər inşaat işləri öz planı lə getsə və qeyri-adi heç nə baş verməzsə, təhvil verilmə prosesində problem olmayacaq".