Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Əminəm ki, Azərbaycan-Tacikistan münasibətlərinin çox yaxşı gələcəyi var

Prezident: Əminəm ki, Azərbaycan-Tacikistan münasibətlərinin çox yaxşı gələcəyi var

Tarix: 5 Aprel 2023 15:27

Siz qeyd etdiyiniz kimi, Azərbaycanla Tacikistan arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü zamanı söyləyib.

Dövlətimizin başçısı deyib: "Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var".


Etiketlər:  Prezident Əminəm Azərbaycan Tacikistan münasibətlərinin çox yaxşı gələcəyi


RƏYLƏR