Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu tərəvəzin insult riskini azaltdığı AÇIQLANDI

Bu tərəvəzin insult riskini azaltdığı AÇIQLANDI

Tarix: 5 Aprel 2023 23:15

Alimlər pomidorla özünüzü insultdan necə xilas edə biləcəyinizi aşkarlayıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu tərəvəzlər antioksidant olan likopenlə zəngindir.

Alimlər 12 il ərzində mindən çox kişinin məlumatlarını təhlil ediblər. Bu müddətdə 70-ə yaxın kişi insult keçirib.

Daha çox pomidor yeyənlərin insult riski yeməyənlərə nisbətən 55 faiz daha az olub. Qan laxtalanması (işemik insult) nəticəsində yaranan insult üçün riskin azalması 59 faiz təşkil edib.

Pomidorda antioksidant olan likopen yüksəkdir. Qanda yüksək səviyyədə olan likopen insultdan qoruyur. Tədqiqatçılar likopen səviyyəsi yüksək olan 259 kişidən yalnız 11-nin, aşağı səviyyəli 258 kişidən 25-də isə insult keçirdiklərini müəyyən ediblər.

Tədqiqatçılar qeyd edirlər ki, bu perspektivli tədqiqat qanda likopenin yüksək səviyyələri ilə hər hansı insult, xüsusən də işemik insult riskinin azalması arasında əlaqəni nümayiş edib.

Milli.Az


Etiketlər:  Bu tərəvəzin insult riskini azaltdığı AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ