Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2023 22:20
Premyer Liqanın 29-cu turunun "Qəbələ" - "Zirə" matçından sonra gərginlik yaşanıb.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, "Zirə"nin kapitanı Qismət Alıyev matç bitəndən sonra yerli azarkeşlərdən bəzisi ilə mübahisəyə girişib.
Buna onun matçın gedişi zamanı həmin fanatlar tərəfindən təxribata çəkilməsi səbəb olub. Cinah oyunçusu hətta matç zamanı bir dəfə onlara əl-qol hərəkətləri ilə etirazını bildirib. Lakin onlar futbolçuya təzyiqi sonadək davam etdiriblər.
Qarşılaşma bitəndən sonra isə Alıyev onlara yaxınlaşaraq etdikləri hərəkətin düzgün olmadığını isbatlamağa çalışıb. O, xüsusilə neçə il "Qəbələ"də can qoyduğunu, indi bu komandanın azarkeşlərinin bu cür münasibətinə layiq olmadığını söyləyib. Tərəflər arasındakı gərginliyin daha da böyüməsinə klub rəsmiləri ilə Qismətin digər komanda yoldaşları mane olublar.
Xatırladaq ki, "Qəbələ" - "Zirə" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.