Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir əməliyyat, iki Mətanət...

Bir əməliyyat, iki Mətanət...

Tarix: 8 Aprel 2023 18:15

Əməkdar artist Mətanət İsgəndərli və müğənni Mətanət Əsədova əməliyyat etdirmək istədikləri barədə açıqlama verib.

Sonxeber.net olay-a istinadən yazır ki, sənətçilər bu dəfə üzgərmə əməliyyatı üçün hazırlıq görür. Belə ki, Mətanət İsgəndərli "Günün sədası" verilişində yenidən plastik əməliyyat etdirəcəyini vurğulayıb:

"Bəli, etdirmək istəyirəm. Üzgərmə və bəzi xırda şeylər var ki, onları etdirəcəyəm".

Mətanət Əsədova isə "Gül kimi şou"da Cavid Gülün "Sizcə, yaş artdıqca, daha çox əməliyyat etmək doğrudurmu" sualını cavablandırıb:

"Əgər səhnə adamına əməliyyat lazımdırsa, onu etməlidir. Mən burada pis heç nə görmürəm, hətta bu yaxınlarda mən də əməliyyat etdirməyi düşünürəm. Qəfil ağzımdan çıxdı,amma etiraf edirəm. Bir burun var idi, indi də üzgərmə etdirəcəm".

Qeyd edək ki, üzgərmə əməliyyatının qiyməti 8-10 min manat aralığındadır.


Etiketlər:  əməliyyat Mətanət


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ