Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimizin futbolçusunu Koreyada meydandan QOVDULAR

Millimizin futbolçusunu Koreyada meydandan QOVDULAR

Tarix: 9 Aprel 2023 20:50

Azərbaycan millisinin futbolçusu Anton Krıvotsyuk "Tecon Hana Sitizen"in heyətində Cənubi Koreya çempionatının VI tur oyununda qırmızı vərəqə alıb.

Milli.Az apasport-a istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi "Suvon"la səfər matçını tamamlaya bilməyib.

Start heyətində meydana daxil olan Krıvotsyuk 76-cı dəqiqədə hesab 3:3 olarkən birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bundan sonra 2 qol buraxan "Tecon Hana Sitizen" 3:5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Anton Krıvotsyukun komandası hazırda 11 xalla turnir cədvəlinin 4-cü pilləsindədir.

Milli.Az


Etiketlər:  Millimizin futbolçusunu Koreyada meydandan QOVDULAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ