Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimiz Avropada birinci oldu

Millimiz Avropada birinci oldu

Tarix: 10 Aprel 2023 07:12

Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku yarışlarında Azərbaycan cüdoçuları 6 qızıl, 1 gümüş və 4 bürünc medal əldə ediblər. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutub.

Azərbaycan Cüdo Federasiyasından Milli.Az-a bildiriblər ki, idmançılarımız turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. Turnirin ikinci günündə isə oğlanların yarışında Süleyman Şükürov (73 kq), Aslan Kotsoyev (81 kq) və Ramazan Əhmədov (+90 kq) bütün rəqiblərini məğlub edərək komandamızın aktivinə daha 3 qızıl medal yazdırıblar. Hüseyn Eyvazlı (81 kq) bürünc medala sahib olub.

Milli.Az


Etiketlər:  Millimiz Avropada birinci oldu


RƏYLƏR