Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yüksək maaş vəd edib pulunu mənimsədilər - VİDEO

Yüksək maaş vəd edib pulunu mənimsədilər - VİDEO

Tarix: 10 Aprel 2023 18:26

"Telegram"da açılan "Xanımlar üçün işlər" səhifəsində Şəhla Qəmbərova dayə işinə düzəlmək adı ilə aldadıldığını iddia edir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Şəhla Qəmbərova kanala abunə olaraq, iş axtardığını bildirib.

Ona dayə işi təklif edilib və sənədləşmə adı ilə əvvəlcədən pul tələb ediblər.

O bildirir ki, ayı 1000 manata səhər saat 8-dən axşam saat 8-dək uşaqlara baxmalı idi. Səhifəni işlədən adamlar pulun tez göndərilməsi üçün onu tələsdiriblər.

Pul göndərildikdən sonra bir müddət həmin nömrələrə zəng çatmayıb. Sonra isə əlaqə saxlayanda bildirilib ki, "gedin, nə istəyirsiniz eləyin" deyilib.

O, artıq fırıldaqçıların qurbanı olduğunu anlayıb və hadisə ilə bağlı polisə ərizə ilə müraciət edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Yüksək maaş vəd edib pulunu mənimsədilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ