Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moldova Prezidenti vətəndaşları kütləvi mitinqə səslədi

Moldova Prezidenti vətəndaşları kütləvi mitinqə səslədi

Tarix: 10 Aprel 2023 23:24

Moldova Prezidenti Maya Sandu ölkə vətəndaşlarını Avropaya inteqrasiyaya dəstək məqsədilə Kişinyovda kütləvi mitinqə çıxmağa çağırıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, bu barədə müraciətində bildirib.

Dövlət başçısının sözlərinə görə, mayın 21-də Böyük Millət Məclisinin meydanında "Avropa Moldovası" görüşü təşkil olunacaq.

"Biz birlikdə ümumi arzumuzu dəstəkləyəcəyik, bütün dünyaya nümayiş etdirəcəyik ki, biz Aİ-ni vətənimizdə qurmaq istəyirik", - Sandu bildirib.

Milli.Az


Etiketlər:  Moldova Prezidenti vətəndaşları kütləvi mitinqə səslədi


RƏYLƏR