Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2023 07:18
"Azərbaycanlı hərbçinin qaytarılması hüquq-mühafizə orqanlarının araşdırmasından sonra bəlli olacaq".
Sonxeber.net xəbər verir ki, bunu aprelin 11-də jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Sarkis Xandanyan bildirib. O bildirib ki, Azərbaycan əsgərinin qaytarılması məsələsi fraksiya səviyyəsində müzakirə olunmayıb.
"Biz aydınlaşdırmalıyıq ki, onlar azıblar, yoxsa daha təhlükəli hədəflərlə əraziyə daxil olublar. Azərbaycanlıların Ermənistan ərazisinə daxil olması siyasi qiymət məsələsi deyil, hüquq-mühafizə orqanları bu suala cavab verməlidir. Çox güman ki, məlumat hərtərəfli olan kimi hüquq-mühafizə orqanlarının əməkdaşları müvafiq açıqlama verəcəklər", - deyə Xandanyan bildirib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu itkin düşüb. Hadisə Şahbuz rayonu istiqamətində baş verib. Əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən əsgərlərimiz ərazidə istiqaməti itirərək azıblar.
Erməni mediası onlardan birinin əsir düşdüyünü, digərinin isə axtarışlarının davam etdiyini bildirib. /konkret.az/