Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-dan 11 aprel təxribatına REAKSİYA

ABŞ-dan 11 aprel təxribatına REAKSİYA

Tarix: 13 Aprel 2023 10:50

"Biz aprelin 11-də Ermənistan və Azərbaycan qoşunları arasında bir neçə itki ilə nəticələnən qanlı toqquşmadan təəssüflənirik".

Milli.Az "Report"a istinadən bildirir ki, bu fikirlər ABŞ Dövlət Departamentinin Ermənistanın aprelin 11-də Azərbaycanla şərti dövlət sərhədində törətdiyi təxribatla bağlı yaydığı açıqlamada əksini tapıb.

Dövlət Departamenti həlak olanların ailələrinə başsağlığı verib və yaralananlara şəfa diləyib: "Münaqişənin hərbi yolla həlli ola bilməz və mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir. Davamlı sülhün yeganə yolu danışıqlar masası arxasındadır. Gücdən istifadə isə buna mane olur".

Qeyd edək ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu - Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Milli.Az


Etiketlər:  ABŞ dan 11 aprel təxribatına REAKSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ