Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə polisləri robotlar əvəzləyəcək - VİDEO - FOTO

Bu ölkədə polisləri robotlar əvəzləyəcək - VİDEO - FOTO

Tarix: 14 Aprel 2023 02:04

Nyu-Yorkda polislər küçələrdə patrulluq etmək üçün "Digidog" robotlarından istifadə etməyə başlayıblar.

"Boston Dynamic" şirkətinin yeni qurğuları "Tayms" meydanında keçirilən mətbuat konfransında təqdim edilib. Şəhərin ilk robot polis iti 2020-ci ildə keçmiş mer Bill de Blasio tərəfindən icarəyə götürülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Nyu-Yorkun hazırkı rəhbəri Erik Adams, tənqidçilərə qulaq asmayacağına və sələfi kimi robot itdən əl çəkməyəcəyinə əmin edib.

Adams bildirib ki, uzaqdan idarə olunan 32 kiloqramlıq "Digidog" girov götürmə vəziyyətləri kimi təhlükəli hallarda istifadə olunacaq.

"Əgər binada silahlı şübhəli, həmçinin girovlar varsa, o zaman ora polis göndərmək əvəzinə "Digidog"u göndərəcəyik", - deyə o vurğulayıb.

Milli.Az


Etiketlər:  ölkədə polisləri robotlar əvəzləyəcək VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ