Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın 10 milyarder qadını - FOTOlar

Dünyanın 10 milyarder qadını - FOTOlar

Tarix: 14 Aprel 2023 03:04

Amerikanın iş aləmindən bəhs edən "Forbes" jurnalının tərtib etdiyi siyahıda milyarder qadınların sayı ötən il 327, 2023-də 337 olub.

Bəs dünyanın ən varlı 10 qadını kimdir? Milli.Az olay-a istinadən həmin xanımları təqdim edir:

"L'Oréral"ın varisi 69 yaşlı Françoise Bettenkourt Meyers üçüncü dəfə dünyanın ən varlı qadını olub. Ötən il onun sərvəti təxminən 5 milyard dollar artımla 80,5 milyard dollara (138 milyard manat) çatıb. 

Culiya Koç və ailəsi 59 milyard dollarla (101 milyard manat) ikinci sıradadır. Amerikan iş xanımının sərvətinin mənbəyi "Koch İndustries" şirkətidir.

73 yaşlı Alis Velton 56, 7 milyard dollarla (97 milyard manat) dünyanın ən varlı üçüncü xanımıdır. Dünyaca məşhur "Walmart" mağazalar şəbəkəsi Veltona məxsusdur.

Cekquilayn Mars 38, 3 milyard dollarla (67 milyard manat) ən zəngin dördüncü qadındır. 83 yaşlı iş xanımı məşhur "Mars" brendinin sahibidir.

Miriyam Edilson ailəsi ilə birgə 35 milyard dollarlıq (60 milyard manat) sərvətlə siyahıda beşinci yerdir. Bir müddət siyasətlə də məşğul olan Edilsonun həyat yoldaşı Şildon Edilsonun Las Veqasda, həmçinin dünyanın bir çox ölkəsində kazino və hotelləri var.

Rafaela Aponte 31 milyard dollardan (53 milyard manat) çox mal varlığı ilə altıncı yerdə qərarlaşıb. Onun ailəsi dənizçiliklə zənginlik qazanıb.

Almaniyadan olan Susanne Klettin ümumilikdə 27, 4 milyard dolların (48 milyard manat) sahibidir və 7-ci yerdir. "BMW" şirkəti onun ailəsinə məxsusdur.

Qina Rinehart 27 milyard dollarla (46 milyard manat) 8-cidir. Rinehartın ailəsi isə mədənçiliklə məşğuldur.

Milli.Az


Etiketlər:  Dünyanın 10 milyarder qadını FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ