Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“50 qonaq çağırdım, 120 nəfər gəldi”

“50 qonaq çağırdım, 120 nəfər gəldi”

Tarix: 14 Aprel 2023 17:50

Rəqqasə Fatimə Fətəliyeva ad günü məclisinə çağırıb da iştirak etməyən qonaqlardan gileylənib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Həyat tərzi" proqramında danışıb.

Fatimə bildirib ki, Əməkdar artist Nüşabə Ələsgərli gözləsə də, o, doğum gününə qatılmayıb: "Kərim (Kərim Abasov- red) demişdi ki, gəlməyəcəm, çünki məclisi var idi. Bir nəfər Nüşabə Ələsgərli idi ki, gəlmədi. Əslində, mən belə şeylərdən inciyən, bəhsə-bəhs yaşayan insan deyiləm. Misal üçün: Gülbahar Şükürlü məclisimə gəlmədi, amma bu gün onun ad gününə gedirəm. Sabah Zenfiranın (müğənni Zenfira İbrahimova- red) doğum günü olsa, bilirəm ki, çağırmayacaq, amma mən yenə də iştirak edəcəyəm.

Bilirsiniz ki, hamının yaxşı və pis günündə yanında olan insanam və mənə Allah nə qədər ömür veribsə, həmişə də belə olacağam. Gələnlərin də canı sağ olsun. 50 nəfər çağırmışdım, 120 nəfər gəlmişdi".


Etiketlər:  qonaq çağırdım nəfər gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ