Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2023 12:58
Baş nazir Nikol Paşinyanın ofisi İctimai Televiziyanın dizayner, "OTA" stilistika studiyasının rəhbəri Aram Nikolyanı Azərbaycan bayrağını yandırdığına görə işdən çıxarmağını tələb edib.
Sonxeber.net xəbər verir ki, bu haqda Ermənistanın aysor.am saytı mənbələrinə istinadən bildirir.
Xatırladaq ki, ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan gözlənilmədən səhnəyə qaçaraq Azərbaycan bayrağını səhnədə yandırıb.
Dizayner Aram Nikolyan öz Facebook səhifəsində videomüraciətində deyib: "Mənim hərəkətim müstəsna olaraq ləyaqətli, heç vaxt heç bir siyasi qüvvənin üzvü olmayan, bütün bunlara öz baxışı olan erməninin hərəkətidir".
İrfan Vəliyev