Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayrağımızın yandırılmasına Türkiyə PA-dan münasibət

Bayrağımızın yandırılmasına Türkiyə PA-dan münasibət

Tarix: 15 Aprel 2023 14:08

Beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması vandalizm və kütləvi cahilliyin təzahürüdür.

Bunu TurkicWorld-a Türkiyə Prezident Aparatından bildiriblər.

Aparatdan o da bildirilib ki, bu kimi hallar yolverilməzdir.

"Azərbaycan bayrağının yandyırıırılmasını qınayırıq, bayraq yandırmaq eyni zamanda açıq nifrət təzahürüdür və inkişaf etməmiş toplumlara xasdır" - deyə PA-dan bildiriblər.

Xatırladaq ki, ötən gün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı azarkeşlərdən biri Azərbaycan bayrağını yandırıb. Bununla əlaqədar Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayaraq bildirib ki, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir.


Etiketlər:  Bayrağımızın yandırılmasına Türkiyə münasibət


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ