Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Barselonanın mərkəzində etiraz aksiyası başlayıb

Barselonanın mərkəzində etiraz aksiyası başlayıb

Tarix: 20 Oktyabr 2019 22:48

Bakı. Trend:

Bu gün axşam minlərlə insan növbəti etiraz aksiyası üçün Barselona mərkəzinin yaxınlığında toplanıb.

Trend-in məlumatına görə, polis kordonu ilə etirazçı kütlə arasında metal hasar quraşdırılıb.

İnsanlar əllərində zibil ilə dolu plastik torbaları hasarın üstündən atmaq üçün gəzdirirlər.

Hal-hazırda mitinq nisbətən sakit bir şəraitdə keçir, izdiham siyasi məhbusların sərbəst buraxılmasına çağırışlar edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Barselonanın mərkəzində etiraz aksiyası başlayıb


RƏYLƏR