Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşağın başı maşının pəncərəsində qaldı, boğulub öldü

Uşağın başı maşının pəncərəsində qaldı, boğulub öldü

Tarix: 15 Aprel 2023 15:48

Rusiyanın Stavropol diyarında azyaşlı faciəvi şəkildə ölüb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə Budyonnovsk rayonu Pokoinoye kəndində baş verib. Dörd yaşlı uşaq atasının avtomobilində şüşəsi ilə oynayarkən düyməni basaraq, başını pəncərədən çıxarıb və aça bilməyib. Nəticədə uşaq boğularaq ölüb.

Bir müddət sonra valideynlər uşağı pəncərədə görüblər. Körpə Budyonnovskdakı "Regional İxtisaslaşdırılmış Tibbi Yardım Mərkəzi"nə gətirilsə də, onu xilas etmək mümkün olmayıb.

Azyaşlının ölümü ilə bağlı rayon İstintaq Komitəsi tərəfindən "Ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsi ilə cinayət işi açılıb.


Etiketlər:  Uşağın başı maşının pəncərəsində qaldı boğulub öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ