Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur aktrisanın əri kriminal aləmin üzvü çıxdı, ölkədən qaçdı

Məşhur aktrisanın əri kriminal aləmin üzvü çıxdı, ölkədən qaçdı

Tarix: 15 Aprel 2023 20:20

Türkiyəli aktrisa Nilsu Berfin Aktaşın həyat yoldaşı Serdar Sertçelikin cinayət təşkilatının üzvü olduğu ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Ankara Polis İdarəsinin əməkdaşları onun çalışdığı məkana basqın edib. Təşkilatın qanunsuz işlərlə məşğul olduğu aşkarlanıb. Keçirilən əməliyyat nəticəsində 33 şübhəli şəxs saxlanılıb, 2 şübhəli isə xaricə qaçıb. Xaricə qaçanlardan birinin Serdar Sertçelik olduğu müəyyən edilib. O, külli miqdarda pulla xarici ölkəyə qaçmağı bacarıb.

Məlumata görə, təşkilat hər il qanunsuz yollarla 30 milyon lirə qazanırmış.

Qeyd edək ki, Nilsu hazırda "Gelsin hayat bildiyi gibi" serialında rol alır. 

Serdar daha əvvəl də iş adamlarını 200 milyon lirə məbləğində dolandırmışdı. 

Milli.Az


Etiketlər:  Məşhur aktrisanın əri kriminal aləmin üzvü çıxdı ölkədən qaçdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ