Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp”a üç yeni funksiya gəlir - FOTO

“WhatsApp”a üç yeni funksiya gəlir - FOTO

Tarix: 16 Aprel 2023 03:04

"WhatsApp" mesencerinin administrasiyası xidmətin yaxın aylarda əlavə olunacaq yeni funksiyalarından danışıb. Şirkətdən bildiriblər ki, onlar istifadəçilərin məxfilik və təhlükəsizlik səviyyəsini gücləndirməyə yönəldiləcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əvvəla, "WhatsApp" hesabını yeni cihaza köçürərkən artıq istifadəçidən köhnə cihazdakı hərəkəti təsdiqləməsi tələb olunacaq.

"Bu funksiya sayəsində başqası sizdən xəbərsiz hesabınızı yeni cihaza köçürməyə cəhd edərsə, xəbərdarlıq alacaqsınız", - deyə mesencerin administrasiyasından bildirilir.

Bundan əlavə, haker hücumundan qorunmaq üçün əlavə tədbirlər barədə məlumat verilir - bu funksiya istifadəçidən heç bir hərəkət tələb etmədən avtomatik işləyəcək.

Həmçinin "WhatsApp"da "Şifrələmə" bölməsində təhlükəsizlik kodlarının yoxlanılması funksiyası olacaq. Bu, istifadəçiyə həmsöhbətlə yazışmalarının kənar müdaxilələrdən qorunduğundan əmin olmağa kömək edəcək.

Milli.Az


Etiketlər:  WhatsAppa üç yeni funksiya gəlir FOTO


RƏYLƏR