Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda gənc oğlan parkda dava zamanı bıçaqlanıb

Bakıda gənc oğlan parkda dava zamanı bıçaqlanıb

Tarix: 16 Aprel 2023 13:32

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığındakı parkda olub.

Belə ki, 2003-cü il təvəllüdlü Əsgərov Kənan Yadigar oğlu tanışı ilə parkda gəzərkən mübahisə edib.

Mübahisə davaya çevrilib.

Dava zamabı K.Əsgərov bıçaqlanaraq ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Milli.Az


Etiketlər:  Bakıda gənc oğlan parkda dava zamanı bıçaqlanıb


RƏYLƏR