Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aprelin 24-dən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq

Aprelin 24-dən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq

Tarix: 18 Aprel 2019 17:08

Bakı. Elçin Mehdiyev – Trend:

26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar aprelin 24-dən etibarən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq.

Bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai bu gün keçirilən tədbirdə deyib.

N.Arpadarai bildirib ki, aprelin 25-dən etibarən Formula 1-ə bileti olan şəxslər bulvar ərazisinə daxil ola biləcəklər.

Onun sözlərinə görə, aprelin 25-dən etibarən yarışla bağlı bulvarda əyləncə proqramları başlayacaq: "Bulvar ərazisinə giriş aprelin 29-dan açılacaq".


Etiketlər:  Aprelin 24 dən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ