Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbol matçından sonra dava: 50 nəfər...

Futbol matçından sonra dava: 50 nəfər...

Tarix: 18 Aprel 2023 19:26

Özbəkistan çempionatının altıncı turunun "Bunyodkor" - "Nasaf" matçından sonra paltardəyişmə otağında dava baş verib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə "Sport24" məlumat yayıb.

Davada 50-yə yaxın şəxs - hər iki komandanın futbolçuları, məşqçilər korpusu və klub əməkdaşları iştirak edib.

Milli Qvardiyanın nümayəndələri vəziyyəti sakitləşdirə biliblər.

Əsas vaxt 1:1 hesabı ilə başa çatsa da əlavə vaxtda "Bunyodkor" qalib gəlib.


Etiketlər:  Futbol matçından sonra dava nəfər


RƏYLƏR