Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÇL-də ilk iki yarımfinalçı müəyyənləşdi - VİDEO

ÇL-də ilk iki yarımfinalçı müəyyənləşdi - VİDEO

Tarix: 19 Aprel 2023 11:26

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bununla da yarımfinalın ilk iki iştirakçısı müəyyənləşib.

"Real" (İspaniya) "Çelsi"nin (İngiltərə) qonağı olub və 2:0 hesablı qələbə qazanıb. İlk matçda da 2:0 hesabı ilə qalib gələn Madrid təmsilçisi yarımfinala yüksəlib.

Digər görüşdə İtaliya komandaları üz-üzə gəliblər. "Napoli" "Milan"ı qəbul edib. İlk oyunda  1:0 hesablı qələbə qazanan "Milan" cavab qarşılaşmasında 1:1 hesablı heç-heçə edərək növbəti mərhələyə adını yazdırıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki görüşü sabah keçiriləcək.

Çempionlar Liqası, 1/4 final mərhələsi

Cavab oyunları

18 aprel

23:00. "Çelsi" (İngiltərə) - "Real" (İspaniya) - 0:2

Qolar:  Rodriqo, 58, 80
Baş hakim: Daniel Orsato (İtaliya)
London, "Stemford Bric"
İlk oyun - 0:2

23:00. "Napoli" (İtaliya) - "Milan" (İtaliya) - 1:1

Qollar: Jiru, 43 (0:1), Osimhen, 90+3 (1:1)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Neapol, "Dieqo Maradona" stadionu
İlk oyun - 0:1

19 aprel

23:00: "Bavariya" (Almaniya) - "Mançester Siti" (İngiltərə)

İlk oyun - 0:3

23:00. "İnter" (İtaliya) - "Benfika" (Portuqaliya)

İlk oyun - 2:0


Etiketlər:  yarımfinalçı müəyyənləşdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ