Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hollivud ulduzu qan içində - VİDEO

Hollivud ulduzu qan içində - VİDEO

Tarix: 19 Aprel 2023 20:15

Amerikalı aktyor Ceremi Rennerin qartəmizləyən maşınla qəzasından dəqiqələr sonra baş verənlərin görüntüsü yayılıb. Kadrlar hüquq mühafizə orqanı əməkdaşının kamerası tərəfindən qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, videoda həkim briqadasının yerdə qan gölməçəsində qalan aktyorun həyatını xilas etmək üçün necə çalışdıqları əks olunub.

Xatırladaq ki, qorxunc hadisə yanvar ayında baş verib. Ceremi Renner qardaşı oğlunun yük maşınını qarın altından çıxarmaq üçün qartəmizləyən maşından istifadə edib. Daha sonra qəza (əl) əyləcini aktivləşdirmədən maşından düşüb. Maşın aşağıya doğru hərəkət etməyə başlayıb. Aktyor qartəmizləyənin onun qardaşı oğlunun üstünə doğru hərəkət etdiyini gördükdə isə ayağı ilişib və yıxılıb. Nəticədə tırtıllar onu maşının altına sürükləyib və o, Rennerin üstündən keçib.

"Avengers"in ulduzu ümumilikdə sümüklərinin 32 sınığı xəsarəti alıb. Bir neçə gün öncə aktyor qəzadan sonra ilk dəfə qırmızı xalıya çıxıb.

Milli.Az


Etiketlər:  Hollivud ulduzu qan içində VİDEO


RƏYLƏR