Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran Azərbaycanı “izlədiyini” elan etdi: Niyə bu gün?

İran Azərbaycanı “izlədiyini” elan etdi: Niyə bu gün?

Tarix: 19 Aprel 2023 22:48

İran Azərbaycanla sərhəddə xüsusi radar sistemləri yerləşdirib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Bakı-Tehran xəttində gərginlik yaxın günlərə qədər davam edirdi. Xarici işlər nazirləri səviyyəsində qurulan təmaslardan sonra müəyyən yumşalmaların yaranması müşahidə edilsə də, gərginliyin arxada qaldığını demək çətindir. Bu baxımdan, radarların da yaxın dövrdə sərhəddə yerləşdirildiyi və hələ də orada olduğunu demək mümkündür.

Burada diqqətçəkən bir neçə məqa var:

Birincisi, radarlarla bağlı məlumatın niyə bu gün tirajlanmasıdır;

Bakı ilə müəyyən təmaslar qurulsa da, Tehranın Azərbaycan-İsrail münasibətlərinə dair mövqeyi dəyişməyib və İsrailin xarici işlər naziri Eli Kohenin bu gün Bakıya səfəri də cənubda narahatlıqla izlənilir. Kohenin Bakıya gəldiyi gün Azərbaycanla sərhəddə radarların yerləşdirilməsi informasiyasının tirajlanması "Azərbaycan-İsrail münasibətləri İrana qarşıdır" iddiasından əl çəkməyən İranın "güc nümayişi" sərgiləməsi kimi başa düşülə bilər.

İkincisi, bu radar sistemlərindən hansı məqsədlər üçün istifadə edilməsidir.

İranın radar sistemləri ilə bölgədə kəşfiyyat işləri apardığı və toplanan məlumatların Ermənistana da ötürüldüyü istisna deyil. 44 günlük müharibədə İranın Azərbaycanla sərhəddə xüsusi radar sistemləri və dinləmə stansiyaları quraşdırdığı, Azərbaycan Ordusunun hərəkət traektoriyası, danışıqları, əməliyyat şəraiti və döyüş təyyarələrinin hava hərəkəti haqda məlumatlar toplayaraq, Ermənistanın Baş Qərargahına ötürdüyü bəllidir. Ermənistan sərhədlərini "qırmızı xətti" elan edən Tehranın sərhədimizdəki radarlarla eyni işi davam etdirdiyi versiyası güclüdür. Hətta təcrübə bunun şübhəsiz belə olduğunu da deməyə əsas verir.


Etiketlər:  İran Azərbaycanı izlədiyini elan etdi Niyə gün


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ