Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldunu Səudiyyədən deportasiya edirlər: Bu tərbiyəsizliyinə görə şikayət olundu - VİDEO

Ronaldunu Səudiyyədən deportasiya edirlər: Bu tərbiyəsizliyinə görə şikayət olundu - VİDEO

Tarix: 20 Aprel 2023 15:18

Cenoa Universitetinin hüquqşünası və professoru Nouf bin Əhməd "Əl-Nəsr"in futbolçusu Kriştianu Ronaldudan şikayət edəcək.

Milli.Az xəbər verir ki, professor Səudiyyə Ərəbistanı prokurorluğuna Kriştianu Ronaldunun ədəbsiz jestinə görə həbsi və ölkədən deportasiyası üçün sorğu vermək niyyətindədir. Bu barədə AS bin Əhmədin "Twitter" hesabına istinadən xəbər yayıb.

Ronaldu "Əl-Nəsr" - "Əl-Hilal" (0:2) matçında meydanı tərk edərkən tribunadan kiminsə Lionel Messinin adını qışqırmasına cavab olaraq qasıq nahiyəsini göstərib.

"Mən idmanı izləmirəm. Azarkeşlər Kriştianunu təhrik etsələr də, onun davranışı cinayətdir. Əcnəbi tərəfindən törədildikdə, həbs və deportasiya tələb edən cinayətlərdən biri ictimai ədəbsizlikdir. Bununla bağlı prokurorluğa ərizə verəcəyik", - deyə nəşr professordan sitat gətirib.

Eyni zamanda, azarkeşlər və futbol ictimaiyyəti də sosial şəbəkələrdə etdikləri paylaşımlarla Ronaldunun ölkədən deportasiya edilməsini tələb edirlər. Vəziyyət o həddə çatıb ki, "Əl-Nəsr" məsələ ilə bağlı açıqlama verməli olub. Klub bəyanatında Krişin günahsız olduğunu bilirməyə çalışıb:

"Ronaldu zədəlidir. "Əl-Hilal"ın futbolçusu Qustavo Kuellar onu çox həssas nahiyədən vurub. Bu, həkimlər tərəfindən təsdiqlənmiş məlumatdır". (publika)

Milli.Az


Etiketlər:  Ronaldunu Səudiyyədən deportasiya edirlər Bu tərbiyəsizliyinə görə şikayət olundu VİDEO


RƏYLƏR