Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Borcu ödənilmədi, Əməkdar məşqçiyə “STOP'' QOYULDU

Borcu ödənilmədi, Əməkdar məşqçiyə “STOP'' QOYULDU

Tarix: 21 Aprel 2023 20:58

Astara Olimpiya İdman Kompleksinin direktoru, Əməkdar məşqçi Aslan Ağayevin ölkədən çıxışına qadağa qoyulub.

Mİlli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb Kompleksin vergi borclarının ödənilməməsidir.

Belə ki, Dövlət Vergi Xidməti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək bildirib ki, Astara Olimpiya Kompleksinin Dövlət Sosial Müdafiə Fonduna 2928 manat borcu var. Borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, rəhbərlik borcu ödəməyib.Məhkəmə iddianı təmin edib. Qərarda qeyd edilib ki, borcun ödənilməsini təmin etmək məqsədilə 1967-ci il təvəllüdlü Aslan Ağayevin ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın.

Xatırladaq ki, A.Ağayev əməkdar məşqçi və beynəlxalq dərəcəli idman ustasıdır. 2017-2021-ci illərdə güləş üzrə qadınlardan ibarət millimizin baş məşqçisi olub. O, idman sahəsindəki xidmətlərinə görə, III dərəcəli "Əmək" ordeni və "Tərəqqi" medalı ilə təltif edilib.


Etiketlər:  Borcu ödənilmədi Əməkdar məşqçiyə STOP QOYULDU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ