Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Güclü külək köhnə Ələt-Astara magistralının BAĞLANMASINA SƏBƏB OLDU - YENİLƏNİB - FOTO

Güclü külək köhnə Ələt-Astara magistralının BAĞLANMASINA SƏBƏB OLDU - YENİLƏNİB - FOTO

Tarix: 21 Aprel 2023 23:36

23:35

Cəlilabad rayonundan keçən köhnə Ələt-Astara magistral yolunda hərəkət bərpa olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.

Bildirilib ki, yolun həmin hissəsində hərəkətin təhlükəsizliyi polis əməkdaşları və aidiyyəti qurumlar tərəfindən təmin olunub və hər iki istiqamətdə nəqliyyatın hərəkəti bərpa olunub.

Qeyd edək ki, Cəlilabadda əsən güclü külək nəticəsində ağaclar aşaraq magistrala düşmüşdü.

Bu səbəbdən hər iki istiqamətdə yol bağlı idi.

---------

21:33

Cəlilabadda güclü külək bir neçə ağacı aşırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təbiət hadisəsi bir sıra fəsadlar törədib.

Güclü külək nəticəsində ağaclar köhnə Ələt-Astara magistralına aşıb və yol bağlanıb.

Hazırda hər iki istiqamətdə yol bağlanıb.

Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Milli.Az


Etiketlər:  Güclü külək köhnə Ələt Astara magistralının BAĞLANMASINA SƏBƏB OLDU YENİLƏNİB FOTO


RƏYLƏR