Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Rusiya hərbi komandanlığı müharibəni müvəqqəti dondurmaqda maraqlıdır” - ABŞ institutu

Tarix: 22 Aprel 2023 16:32

"Yəqin ki, Rusiya hərbi komandanlığı müharibəni müvəqqəti dondurmaqda maraqlıdır".

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Amerikalı analitiklərin fikrincə, bunun 2 səbəbi var. Əvvəla, Rusiya itirilmiş qüvvəsini bərpa etmək istəyir. İkincisi isə, ola bilsin, Prezident Vladimir Putin qarşıdan gələn prezident seçkiləri ərəfəsində (Rusiyada dövlət başçısı seçkiləri 2024-cü ildə keçiriləcək-red) öz siyasi mövqeyini gücləndirmək üçün belə bir addım atsın.

"Vaqner" muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin də müvəqqəti atəşkəs istəyir. O, Putinin Ukraynadakı maksimalist məqsədlərini tənqid edir. Priqojinin fikrincə, Rusiya Donbası ələ keçirmək üçün illərlə şiddətli döyüşlər aparmalıdır. Çox güman, bu fikirlər də atəşkəsin zəruriliyini göstərmək üçündür", - Müharibə Araşdırmaları İnstitutundan bildirilib.

Qeyd olunub ki, əgər atəşkəs təmin olunarsa, Rusiya döyüş qabiliyyətini bərpa etdikdən sonra yenidən hücum əməliyyatlarına başlayacaq: "Bunun üçün isə hazırda işğal altında olan ərazilərdən tramplin kimi istifadə olunacaq".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Milli.Az


Etiketlər:  Rusiya hərbi komandanlığı müharibəni müvəqqəti dondurmaqda maraqlıdır ABŞ institutu


RƏYLƏR