Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" İspaniya klubunun hücumçusuna 1 milyon avro TƏKLİF ETDİ

Tarix: 23 Aprel 2023 19:36

Premyer Liqanı birinci yerdə başa vurmağa yaxın olan "Qarabağ" Çempionlar Liqasına hazırlıq görür.

Qurban Qurbanov qitənin ən mötəbər klub turnirinə yeni hücumçu ilə getmək istəyir.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu yöndə fəaliyyətini gücləndirib. "Köhlən atlılar" İspaniyada çıxış edən forvarda rəsmi təklif göndərib.

Həmin ön xətt oyunçusunun adı açıqlanmır, sadəcə, redaksiyamıza verilən məlumata görə, o, Sequndada formasını geyinir.

Azərbaycan çempionatının son qalibi maraq dairəsinə düşən hücumçunun transferi üçün onun məxsus olduğu kluba öz şərtlərini irəli sürüb.

"Qarabağ" bu keçidin gerçəkləşməsi naminə 1 milyon avro təzminat ödəməyə hazırdır.

Milli.Az


Etiketlər:  Qarabağ İspaniya klubunun hücumçusuna 1 milyon avro TƏKLİF ETDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ