Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda “Shacman'' minik avtomobili ilə toqquşdu, ölən və yaralananlar var

Bakıda “Shacman'' minik avtomobili ilə toqquşdu, ölən və yaralananlar var

Tarix: 24 Aprel 2023 10:20

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş verib. Qasımov Əhliman Əziməmməd oğlunun idarə etdiyi "Shacman" markalı yük avtomobili, Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısından keçməklə Kənar dairəvi yola çıxarkən, Bakı Beynəlxalq avtovağzal kompleksindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olan 1989-cu il təvəllüdlü Məhərrəmov Famil Vaqif oğlunun idarə etdiyi "Nissan X-Trail" markalı avtomobili ilə toqquşub. Nəticədə sonuncu avtomobildə olan sərnişinlər - 1963-cü il təvəllüdlü Kərimova Pərvanə Xanlar qızı və 1960-cı il təvəllüdlü Xələfova Təranə Xanlar qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüb, digər sərnişin 2019-cu il təvəllüdlü Məhərrəmli Vaqif Famil oğlu isə alın nahiyəsinin travması xəsarəti alıb.

Faktla bağlı Bakı şəhəri Binəqədi RPl-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Milli.Az


Etiketlər:  Bakıda Shacman minik avtomobili ilə toqquşdu ölən yaralananlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ