Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2023 13:35
"Üçüncü nəvəm olub. Kürəkənim ona kiçik qızımın adını - Əminə qoydu. Dedim ki, qarışmıram, nə istəyirsiniz edin. İstəyirdi mömin ad qoysun. Həm də deyirdi ki, çoxdanki arzum olub".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərova "Gündən-günə" verilişində deyib. Müğənni övladlarından, nəvəsindən danışıb:
"Övladlarıdır, özləri hansı adı istəyirlərsə versinlər. Dedilər ki, sənin adını uşağa verək. Söylədim ki, özünüz bilərsiniz. Amma sonra fikirlərini dəyişdilər. Düzdür, buna görə bir az söz-söhbət oldu, amma neyniyək, ata istədi".